Açılış turunda heç-heçə olmadı

Qadın şahmatçıların Azərbaycan çempionatında ilk turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, 1-ci yarış günü məhsuldar olub. Açılış turunda heç-heçə qeydə alınmayıb və reytinq favoriti Gövhər Beydullayevanın məğlubiyyəti ilə yadda qalıb.

Qara fiqurlarla oynayan son çempion Xanım Balacayevaya uduzub. Nərmin Abdinova ağ fiqurlarla mübarizə aparan Səbinə İbrahimovaya qalib gəlib. Təcrübəli Zeynəb Məmmədyarova da çempionata qələbəylə başlayıb.

Ağ fiqurlarla Gülnar Məmmədovadan üstün olub. Onun bacısı Türkan Məmmədyarova ötən çempionatın sürprizi sayılan Ləman Hacıyevanı məğlub edib. Qara fiqurlarla oynayan Xəyallə Abdulla isə ilk turda Ayan Allahverdiyevaya uduzub.

Nurtan Nuriyeva ilk turda istirahət edib.

Həmin kateqoriyadan