İlqar Xələfov Azərbaycan çempionu oldu

Allsport.az xəbər verir ki, “Baku open 2023” beynəlxalq şahmat festivalı çərçivəsində keçirilən veteranlar arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.

9 turdan 6,5 xal toplayan Fikrət Sideifzadə üçüncü yeri tutub. 7 xalı olan Asəf Abdullayev turniri 2-ci pillədə başa vurub. Maksimum nəticə göstərən İlqar Xələfov (9 oyun və 9 qələbə) veteranlar arasında Azərbaycan çempionatının qalibi oldu.

Azərbaycan çempionatında yaşı 60-dan yuxarı olan 36 veteran şahmatçı iştirak edib.

Həmin kateqoriyadan