İncəsənət və şahmat festivalı başa çatıb

42-ci Şahmat Olimpiadası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə BCOOC tərəfindən təşkil olunan İncəsənət və Şahmat Festivalı başa çatıb. Allsport.az saytı xəbər verir ki, tədbirdə iştirak edən 23 rəssam şahmat fiqurlarını müxtəlif rənglərə boyamaqla onların üzərində qeyri-adi, unikal rəsmlər çəkib.

Öz istedadı sayəsində kreativlik və şahmat ab-havası yaradan rəssamlar hər bir fiquru özünəməxsus incəsənət nümünəsinə çevrilməsinə nail olub. İş prosessi və rənglənmiş şahmat fiqurları aşağıda yerləşdirilən şəkillərdə öz əksini tapıb.

Həmin kateqoriyadan