İngilis başlanğıcı «Şah»a məğlubiyyət gətirdi

Dünən Tiflisdə FİDE qran-prisinin 3-cü mərhələsi start götürüb. Allsport.az saytının məlumatına görə, dünyanın ən güclü qrossmeysterlərinin yer aldığı yarışda ölkəmizi Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edirlər.

Yarışa qələbə ilə başlayan «Şah» təəssüf ki, bu gün uduzub. Özbəkistan təmsilçisi Ruslan Qasımcanovla qarşılaşan şahmatçımız, ağ fiqurlarla İngilis başlanğıcına üstünlük verib. Mittelşpildə təşəbbüsü rəqibə verən Şəhriyar 40-cı gedişdə təslim olub.

Teymur Rəcəbova gəlincə, o, ilk turdakı kimi heç-heçə edib. O, ağ fiqurlarla yerli idmançı Bahadur Cobova ilə 48-ci gedişdə xalı yarıya bölüb.

2-ci tur

Teymur Rəcəbov (Azərbaycan) – Bahadur Cobava (Gürcüstan) 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaydcan) – Rüstəm Qasımcanov (Özbəkistan) 0:1
Dmitri Yakovenko (Rusiya) – Yevgeni Tomaşevski (Rusiya) 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) – Dmitri Andreykin (Rusiya) 0,5:0,5
Aniş Giri (Niderland) – Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5
Lenyer Dominges (Kuba) – Petr Svidler (Rusiya)

Yarış cədvəli: Qrişuk, Tomaşevski, Giri – 1,5 xal; Məmmədyarov, Rəcəbov, Andreykin, Yakovenko, Qasımcanov, Dominges – 1; Vaşye-Laqrav, Svidler, Cobava – 0,5.

 

Həmin kateqoriyadan