- Baxış sayı: 88
- 04 May 2026 22:56
- Baxış sayı: 173
- May 08, 2026
- 0
Bakı “İnter”i yeni futbolçularını Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirib. Allsport.az xəbər verir ki, paytaxt klubu 3 futbolçunu sifariş edib.
Bunlar Tural Hümbətov, Ruben Şaken və Əfran İsmayılovdur. Onların hər biri mövsümün qalan oyunlarında meydana çıxa biləcək.
Qeyd edək ki, “İnter” Topaz Premyer Liqasının 3-cü dövrəsinin açılış oyununda “Sumqayıt”la qarşılaşacaq. Bu oyun sabah “İnter Arena”da keçiriləcək və saat 16:00-da start götürəcək.