“Bankçılar”ın rəqibləri bəlli oldu

Qış fasiləsində Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək Bakı “İnter”i bu gün qardaş ölkəyə yollanacaq. Allsport.az xəbər verir ki, yanvarın 3-dən etibarən məşqlərə start verəcək “bankçılar” toplanış çərçivəsində 6 yoxlama matçı keçirəcək.

Rəqiblər də artıq məlumdur. “İnter” yanvarın 8-də “İnegölspor” (Türkiyə), yanvarın 13-də “Enerji Kottbus” (Almaniya), yanvarın 14-də “Kayrat” (Qazaxıstan), 17-də “Qasımpaşa” (Türkiyə), 20-də isə “Metallist” (Ukrayna) komandaları ilə qarşılaşacaq.

Toplanışda son yoxlama matçının yanvarın 23-də keçirilməsi planlaşdırılır. Həmin rəqib hələlik, bilinmir.  “İnter” yanvarın 24-də Vətənə qayıdacaq.

Həmin kateqoriyadan