- Baxış sayı: 126
- 19 İyun 2026 18:40
- Baxış sayı: 195
- İyun 23, 2026
- 0

Şuşada keçirilən şahmat turnirində kişilərin yarışında 2-ci yer tutan Parham Maqsudlu təəssüratnı bölüşüb. Allsport.az saytı xəbər verir ki, iranlı idmançı yekun nəticədən razı qaldığını deyib:
“Bu yarışda iştirak etdiyim üçün çox şadam, dəvətə görə təşkilatçılara minnətdaram. Çox güclü yarış izlədik. Nəticələrimdən, 2-ci yerdən razıyam. Unutmayaq ki, Şəhriyar Məmmədyarov kimi güclü şahmatçı qalib oldu.
Ondan sonra 2-ci olmağı yaxşı nəticə hesab edirəm. Ümid edirəm ki, yenidən bu turnirdə iştirak etmək imkanım olacaq”.