“İslam mədəniyyətinin paytaxtı”nda bizimkilər liderdir

Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində “İslam mədəniyyətinin paytaxtı” turniri davam edir. Allsport.az saytı xəbər verir ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda, 20 ölkədən 46 kişi şahmatçı, o cümlədən 6 qrossmeyster iştirak edir. Onlardan üçü – Eltac Səfərli, Qadir Hüseynov və Nicat Abbasov bizim təmsilçilərdir.

Qadınların mübarizəsində 26 nəfər var. Onların arasında azərbaycanlı şahmatçılar, FIDE ustaları Ülviyyə Fətəliyeva, Nərmin Xələfova və beynəlxalq usta Xəyalə Abdulla da var.

6 matçdan sonra hərəyə 5 xal toplamış Nicat Abbasov, Qədir Hüseynov və Ədməd Ədli (Misir) liderdirlər. Eltac Səfərlinin hesabında 3 xal var. Xanımlarda hərəyə 5 xal yığmış Ülviyyə Fətəliyeva və Dorsa Derəxşani (İran) irəlidədirlər.

5qedir

 

Həmin kateqoriyadan