İsrail şahmatçıları Avropa komanda çempionatında Azərbaycana rəqib olmayacaq

Kişi və qadın şahmatçılar arasında Avropa komanda çempionatlarının iştirakçıları noyabrın 11-dən başlayaraq İslandiyanın paytaxtına gəlirlər. Allsport.az saytının məlumatına görə, İsrail yığmasının kapitanı Aleks Kaspi Rusiya saytına müsahibəsində bildirib ki, əgər bu gün axşamadək maliyyə məsələsi həll olunsa, İsrail yığması da Reykyavikdə oynamaq şansı qazanacaq.

Lakin son nəticədə bürokratik əngəllər səbəbindən bu məsələ müsbət həlli tapmayıb. Beləliklə, İsrail komandası haqqında əvvəlki məlumat doğru oldu – bu komanda çempionatda iştirak etməyəcək. Belədə, yarışda 36 ölkənin millisi, o cümlədən Azərbaycan komandası iştirak edəcək.

Həmin kateqoriyadan