- Baxış sayı: 65
- 15 İyun 2025 19:55
- Baxış sayı: 124
- İyun 15, 2025
- 0
İstanbulda keçirilmiş gənclər arasında Avropa kuboku başa çatıb.
Allsport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan cüdoçuları daha 4 medal qazanıblar.
90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev keçirdiyi 5 görüşün hamısında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Qazaxıstan təmsilçisi Qleb Azarova qalib gəlib.
Mehdi Abbasov (81 kq), Ramazan Əhmədov (+100 kq) və Xədicə Qədəşova (52 kq) isə bürünc medal əldə ediblər.
Yarışın ilk günündə Nizami İmanov (66 kq) qızıl, Nihad Məmişov və Fərid Qarayev (hər ikisi 60 kq) isə bürünc medala sahib olublar.
Ümumilikdə, Azərbaycan yığması İstanbul Avropa kubokunu 2 qızıl və 5 bürünc medalla başa vuraraq 31 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.