İstedad axtarışı Masallıda

Beynəlxalq olimpiya komitəsinin dəstəyi ilə atletika federasiyası istedadlı atletlərin təyin olunmasında 4-cü rayonda tədbir keçirib. Allsport.az saytı xəbər verir ki, bu dəfə Masallı şəhəri 4 saylı orta məktəbdə atletika üzrə 3 müxtəlif növdə (30 metrəyə qaçış, top atma və uzunluğa tullanma) uşaqların bacarıqları sınaqdan keçirilib.

50 uşaq (25 qız, 25 oğlan) arasında keçirilən yarışda ümumi nəticələr üzrə 3 növün cəminə görə 10 qız və 10 oğlan həmçinin, hər növ üzrə ayrı-ayrılıqda qalib və mükafatçılar müəyyən olunub.

İştirakçılar sertifikatlarla təltif olunub və qaliblər mükafatlandırılıb. ??
Layihə çərçivəsində xüsusi ekspert qrupunun son rayon olan Neftçalaya səfəri planlaşdırılın.

21 mayda layihənin final yarışı Bakıda keçiriləcək. Finalda hər rayondan 4 qız və 4 oğlan yarışa qatılacaq.

Həmin kateqoriyadan