İsveçin Avropa Oyunlarında iştirak edəcək güləşçiləri müəyyənləşdi

Bakı-2015 üçün İsveçin güləşçilərdən ibarət komandasına 3 Avropa çempionu və 1 dünya çempionu daxil edilib. Allsport.az xəbər verir ki, İsveç rəsmiləri Bakı 2015 Avropa Oyunları üçün qadınlardan ibarət 6 sərbəst və 7 Yunan-Roma güləşçisinin adını elan edib.

Onlar arasında Bakıda 69 kq çəkidə mübarizə aparacaq 72 çəki dərəcəsində 2012-ci il London Olimpiya Oyunlarının çempionu Jenny Franssonun da adı var. Üçqat Avropa çempionu Sofia Mattsson 55 kq çəkidə yarışdığı halda, onun bacısı, ikiqat Avropa çempionu Johanna Mattsson 60 kq çəki dərəcəsi üçün seçilib. 2012 Avropa çempionu Henna Johansson 63 kq çəki dərəcəsində İsveçi təmsil edəcək.

Qadınlar arasında digər sərbəst güləşçi Josefine Frederiksen 48 kq və Fredrika Peterson 53kq çəkidə mübarizə aparacaqlar.

İsveçin güləş komandasının rəhbərləri həmçinin, 75 kq çəkidə London 2012 Olimpiya Çempionu Robert Rosengren və Pekin 2008 Olimpiya Oyunları, 2009 Aralıq Dənizi Oyunlarının 96 kq çəki dərəsəcində gümüş medalçısı Theodoros Tounousidisin başçılığı altında öz Yunan-Roma komandasının üzvlərinin adlarını ictimaiyyətə elan edib.

İsveçrənin kişilərdən ibarət digər güləşçiləri Sharur Vardanyan (66kq), Zakarias Tallroth (71kq), Alexander Jersgren (80kq), Emil Sandahl (85kq) və Sebastian Lönnborndur (130kq).

Həmin kateqoriyadan