Jurnalistlər arasında “İdman birləşdirir” şüarı ilə şahmat turniri

Şahmat federasiyası və Azərbaycan idman jurnalistləri federasiyasının təşkilatçılığı ilə idman jurnalistləri arasında 5 mart – Bədən tərbiyəsi və idman gününə turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, açılışda 2-ci Vətən müharibəsi şəhidləri və dünyasını dəyişən jurnalistlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardınca tədbirin tarixi və əhəmiyyəti barədə danışılıb, media nümayəndələrinin idmanın inkişafında mühüm rolu qeyd edilib.

“İdman birləşdirir” şüarı ilə təşkil edilən şahmat yarışında ilk gedişi dünyadan vaxtsız köçən tanınmış jurnalist, televiziya aparıcısı Elnur Əşrəfoğlunun övladı Mətin Şükürov edib.

İsveçrə sistemi üzrə 9 turdan ibarət şahmat yarışında müxtəlif media orqanlarını təmsil edən 22 idman jurnalisti mübarizə aparıb.  

Maraqlı mübarizə şəraitində keçən yarışda maksimum nəticə ilə Ceyhun Əliyev (sport24.az) 1-ci, 8 xalla Aysel Adıgözəlli (qol.az) 2-ci, 6.5 xal toplayan Camaləddin Rəhmanov (Milli olimpiya komitəsinin informasiya şöbəsi) 3-cü yeri tutub. Fərqlənənlərə diplom, pul mükafatı, “Azərçay”, P&G, Cinema Plus-dan qiymətli hədiyyələr təqdim olunub.

4-cü və 5-ci yeri tutan Seymur Teymurov (offsideplus.az) və Siyavuş Əliyevə (“İdman” TV) “Azərçay” və P&G-dən hədiyyələr təqdim olunub.

“İdman birləşdirir” yarışda 22 KİV nümayəndəsi mübarizə aparıb. “Azərçay”, P&G və Cinema Plus  şirkətlərinin dəstəyi ilə baş tutan şahmat yarışı İsveçrə sistemi üzrə 9 turdan ibarət olub. 

Həmin kateqoriyadan