Kamran Şahsuvarlı bürünc mükafatla kifayətləndi

Bu gün Rio olimpiadasında boksçuların yarımfinal döyüşləri davam edib. Allsport.az saytı xəbər verir ki, Kamran Şahsuvarlı (75 kq) finala gedən yolda kubalı Arlen Lopezlə qarşılaşıb.

Hər üç raundda rəqibindən geri qalan gənc boksçumuz, 0:3 hesabı ilə məğlub olub, bürünc medalla kifayətlənib.

Bizdən Rio-2016-da mübarizəni davam etdirən yeganə milli üzvü – Lorenzo Sotomayor (64 kq) qalıb. O da yarımfinalda rinqə çıxacaq.

Həmin kateqoriyadan