- Baxış sayı: 62
- 13 Noyabr 2026 15:42
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0
Rio-2016-da boksçular yarımfinala doğru irəliləyirlər. Allsport.az saytı xəbər verir ki, bu gün millimizin debütantı Kamran Şahsuvarlı (75 kq) 1/4 final görüşünə çıxıb. Onun rəqibi Canıbəy Alimxanulu (Qazaxıstan) olub.
Üstün döyüş göstərən rinq ustamız asiyalını 2:1 hesabı məğlub edərək, olimpiadada ən azı, bürünc medalı özünə təmin edib. Kamran avqustun 18-də yarımfinal görüşündə kubalı Arlen Lopeslə qarşılaşacaq.