- Baxış sayı: 46
- 11 Avqust 2026 14:30
- Baxış sayı: 189
- Avqust 12, 2026
- 0

“Şanxay” kanadalı müdafiəçi Kalen Eddisonu heyətinə qatıb.
Allsport.az xəbər verir ki, 26 yaşlı hokkeyçi ilə birillik müqavilə imzalanıb.
Eddison karyerası ərzində NHL-də “Minnesota” və “San Xose” klublarının formasını geyinib. O, liqada ümumilikdə 155 oyunda meydana çıxaraq 51 xal – 6 qol və 45 məhsuldar ötürmə toplayıb.
Kanadalı müdafiəçi son iki mövsümü AHL-də keçirib. Ötən müntəzəm mövsümdə “Nyu Cersi”nin farm-klubu olan “Yutika”nın heyətində 65 matçda iştirak edib və 31 xal – 6 qol, 25 məhsuldar ötürmə ilə yadda qalıb.
Eddison ötən mövsüm “Yutika”nın müdafiəçiləri arasında ən məhsuldar oyunçu olub.