Kanadanın Kalqari şəhərində Vüqar Həşimovun xatirəsinə şahmat turniri keçirilib

Kanadanın Kalqari şəhərində Azərbaycan şahmat məktəbinin görkəmli nümayəndəsi Vüqar Həşimovun xatirəsinə turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışın açılışında çıxış edən Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Famil Qarayev, məşhur şahmatçımız Vüqar Həşimovun həyatından, eləcə də tədbirin əhəmiyyətindən danışıb.

Turnir 2 kateqoriya üzrə keçirilib. Peşəkar şahmatçılar üçün nəzərdə tutulmuş birinci kateqoriyada 20 nəfər mübarizə aparıb. Yarışmada Yan Findley (Ian Findlay) adlı şəxs qalib gəlib. Həvəskar şahmatçılar üçün nəzərdə tutulmuş kateqoriyada isə 20 iştirakçı arasında 13 yaşlı məktəbli Rafael Libr (Raphael Libre) birincilik qazanıb.

Turnir Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti, Alberta Şahmat Assosiasiyası və Kalqari Şahmat Klubunun dəstəyi ilə keçirilib.

Həmin kateqoriyadan