“Karuanadan çox “Mançester Yunayted”in oyunu barədə düşünürəm”

Bakıda keçirilən Dünya Kubokunda şahmatçımız Rauf Məmmədov növbəti mərhələyə vəsiqə qazanıb. Allsport.az saytının xəbərinə görə, o, Rusiya təmsilçisi, Avropa çempionu Yevgeni Nayeri (1:0, 0,5:0,5) mübarizədən kənarlaşdırıb. Partiyadan sonra keçirilən mətbuat konfransında Rauf oyununu belə şərh edib:

“Bu gün çox maraqlı oyun izlədik. Səhər gedişləri müzakirə edərkən partiyanın necə gedəcəyini düşünürdüm. Rəqib məğlub olduğundan ona qələbə vacib idi. Nayer heç bir sürpriz göstərmədi. Əvvəllər üç dəfə Dünya Kubokunda ilk mərhələdə mübarizəni dayandırmışam. Uğursuz seriyaya son qoymaq yaxşı oldu”.

Növbəti mərhələdə Məmmədovun rəqibi ABŞ təmsilçisi Fabiano Karuana olacaq. Rauf hələlik bu görüş barədə düşünmədiyini dedi: “Hazırda mən Karuana deyil, daha çox “Mançester Yunayted” – “Liverpul” görüşü haqda fikirləşirəm. Karuana kimi şahmatçıya qarşı oynamaq çox maraqlıdır. Fabiano çox güclü rəqibdir. Şəmkirdə ona qarşı mübarizə aparmışam. Tay-brek barədə düşünmürəm. Karuana qarşı klassik oyunlara hazırlaşmalıyam. Çətin və maraqlı olacaq”.

Həmin kateqoriyadan