Sergey Karyakin milli komanda naminə Şəmkir turnirindən imtina edib

Rusiyalı qrossmeyster Sergey Karyakin İkinci Vüqar Həşimov Memorialının iştirakçıları siyahısında adının olmamasının səbəblərini izah edib. Allsport.az xəbər verir ki, Karyakin Rusiya saytlarından birinə verdiyi müsahibədə deyib:

“Məni Şəmkirə dəvət etmişdilər və təbii ki, mən orada oynamaq istəyirdim, xüsusən ona görə ki, Vüqarla bərk dost idik. Bundan əlavə, keçənilki turnirin təşkili hər cür tərifə layiq idi. Lakin təəssüf ki, bu il həmin turnir komandalar arasında dünya çempionatı ilə eyni vaxtda düşür.

Buna görə mən yığma komandanın heyətində yarışda iştirak etməyin xeyrinə çətin seçim etməli oldum. Təəssüf ki, hər iki turnir eyni vaxta düşüb, əks halda mən bu turnirlərin hər ikisində məmnuniyyətlə oynayardım…”.

Həmin kateqoriyadan