Kaue: “Sumqayıt”la matçda bizi yalnız 3 xal qane edir”

“Neftçi”nin futbolçusu Kaue da Silva Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində qarşılaşacaqları “Sumqayıt”la oyun öncəsi klubun rəsmi saytına açıqlama verib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Neftçi” hər oyuna qələbə üçün çıxır. “Sumqayıt”la matçda da bizi yalnız 3 xal qane edir. Fikrimcə, maraqlı və gərgin oyun olacaq. Rəqib komanda son 5 turda məğlub olmayıb. Müdafiədə və əks hücumlarda inamlı təsir bağışlayırlar. Qətiyyən arxayınlaşmaq olmaz.

Qələbə qazanmaq üçün qol vurmalı və müdafiədə diqqətli olmalıyıq. Çempionluq uğrunda mübarizədə “Qarabağ” böyük üstünlük qazanıb. Amma bu o demək deyil ki, biz ruhdan düşməliyik. Aradakı xal fərqini azaltmağa çalışmalıyıq. Əvvəldən proqnoz vermək yanlış olar. Biz son ana qədər yalnız yüksək yerlər üçün oynayacağıq”.

Həmin kateqoriyadan