- Baxış sayı: 88
- 04 May 2026 22:56
- Baxış sayı: 191
- May 08, 2026
- 0
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində “Bakı”ya qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 4:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Hər birimiz bilirik ki, “Bakı”nın problemləri var. Biz sərbəst şəkildə oyuna çıxmalı idik. Oyunun əvvəlində qol vura bildik. Futbolçularımın 4 qol vurması məni sevindirir. Amma bir məsələ də var ki, 2 qol vurduqdan sonra oyunçularım ötürmələrdə səhvlər edirdilər. Qarşıda bizim çox çətin oyunlarımız var, qrafik sıxdır”.