Kayakçımız dünya kubokunu 1 qızıl və 1 gümüş medalla başa vurub

Azərbaycan kayakçısı İnna Osipenko Radomskaya Çex Respublikasının Raçitse şəhərində keçirilən 2-ci dünya kubokunda daha bir medal qazanıb. Allsport.az saytı xəbər verir ki, 34 yaşlı idmançı qadınlar arasında 1-nəfərlik qayıqla 500 metr məsafəyə yürüşün qalibi olub. O, seçmə yürüşdə finişə 1 dəqiqə 53,797 saniyəyə çatıb.

Beləliklə, Osipenko-Radomskaya finala yüksəlib. Həlledici mərhələdə o, 1 dəqiqə 52,388 saniyə nəticə ilə yürüşün qalibi olub. Beləliklə, təmsilçimiz bu mübarizəni 1 qızıl, 1 gümüş medalla başa vurub. O, gümüş medalı ötən gün qadınlar arasında 1-nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə əldə edib.

Həmin kateqoriyadan