“Kesarovski-Stançev Memorialı”nda 11 şahmatçımız mübarizə aparır

Bolqarıstanın Solneçnıy Bereq kurort şəhərində növbəti “Kesarovski-Stançev Memorialı” start götürüb. Allsport.az saytı xəbər verir ki, ən güclülərin iştirak etdiyi “A” turnirində 39 şahmatçı, o cümlədən 8 qrossmeyster iştirak edir. Azərbaycan idmançısı Rəvan Əliyev bu turnirin iştirakçıları arasındadır.

Geridə qalan 2 turdan sonra turnirdə Krum Georgiyev (Bolqarıstan), Məhəmməd Batuxan Daştan (Türkiyə) və Luçian Filip (Rumıniya) irəlidədirlər. Azərbaycan nümayəndəsinin aktivində bir xal var. 3-cü turun püşkatmasının nəticələrinə görə, Rəvan Əliyevin növbəti rəqibi Ukrayna təmsilçisi İqor Smolkov olacaq.

“B” turnirində Azərbaycanı Fərid Aslanov (1,5 xal), Raul Quliyev (1 xal) və Xalid Atababayev (0,5 xal) təmsil edirlər. “C” turnirində isə iki turdan sonra Nihad Mustafayev, Ümid Aslanov, Qurban Məmmədov hərəyə 1 xal, Ləman və Fatimə Məmmədovalar hərəyə yarım xal toplayıblar. Fikrət Mustafazadə və Emin Xəlilov sıfır nəticə göstəriblər.

Həmin kateqoriyadan