- Baxış sayı: 35
- 02 Noyabr 2026 17:56
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Keşlə”nin yarımmüdafiəçisi Ebrima Sohna Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Qambiya millisinin heyətində Əlcəzair futbolçularına qarşı oynayıb.
Allsport.az saytı xəbər verir ki, o, görüşü 90 dəqiqə əvəz edilmədən keçirib. Matç 1:1 hesabı ilə başa çatıb.
“D” qrupunda yer alan “əqrəblər” 2 oyundan sonra 1 xalla 4 komanda arasında 3-cüdür.