Kişi şahmatçılar 1/4 finalda!

İsraildə komandalararası dünya çempionatında kişi şahmatçılardan ibarət Azərbaycan millisi “B” qrupunda son oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət komandamız 5-ci turda ev sahibləri üz-üzə gəlib.

Adı ilk və 5-ci çəkiləm təmsilçimiz qələbə qazanıb. Teymur məğlub olduğu halda, Rauf heç-heçə oynayıb. Yekun hesabda rəqibi 2,5:1,5 hesabı ilə məğlub edən 3-qat Avropa çempionu, 7 xalla qrup 2-cisi kimi 1/4 finala yüksəlib.

Bizimkilər növbəti mərhələdə İspaniya kollektivi ilə mübarizə aparacaq. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish