- Baxış sayı: 84
- 16 Sentyabr 2026 11:35
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0
İslandiyanın paytaxtında kişilər və qadınlar arasında şahmat üzrə Avropa Komanda çempionatı başlayıb. Allsport.az xəbər verir ki, mükafata layiq yerlər uğrunda 35 yığma, o cümlədən Azərbaycan yığmaları mübarizə aparırlar.
Avropanın kişilər arasında hazırkı çempionu Azərbaycan komandası, qadınlar arasında isə Ukrayna yığmasıdır.
Azərbaycanın kişilərdən ibarət yığması start turnirdə Sloveniya komandasını 3:1 hesabı ilə udub. Eltac Səfərli və Arkadi Naydiç öz görüşlərində qələbə qazanıblar. Rauf Məmmədov və Teymur Rəcəbov heç-heçə oynayıblar.
Azərbaycanın qadın yığması isə Belçika komandası ilə görüşüb. Bu matç heç-heçə başa çatıb. Nərmin Kazımova və Ülviyyə Fətəliyeva qalib gəliblər, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova isə uduzublar.