Kişi şahmatçıların Avropa çempionatı start götürdü

Fevralın 24-də İsraildə kişilər arasında şahmat üzrə Avropa çempionatı start götürüb. Allsport.az xəbər verir ki, turnirdə 33 ölkədən 118-i qrossmeyster olmaqla 256 şahmatçı iştirak edəcək.

Martın 8-dək davam edəcək yarışda Azərbaycan qrossmeysterləri də mübarizə aparacaqlar. Ölkəmizi qitə çempionatında Rauf Məmmədov, Qədir Hüseynov, Namiq Quliyev, Nicat Abbasov və Vüqar Rəsulov təmsil edəcəklər.

Çempionat İsveçrə sistemi ilə 11 turdan ibarət keçiriləcək. Yarışın əsasnaməsinə görə çempionatda ilk 23 yeri tutan şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan