Kişilərdən ibarət hər 3 komandamız Şahmat olimpiadasına qələbə ilə başlayıb

Bu gün “Büllur saray”da 42-ci Ümumdünya Şahmat olimpiadasına start verilib. Allsport.az saytı xəbər verir ki, yarışlarda rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181 yığma komanda, qadınlarda 142 kollektiv mükafatlar uğrunda mübarizə aparır.

Tədbir iştirakçılarının, hakimlərin, jurnalistlərin, məşqçi və nümayəndələrin, habelə FİDE-nin konqresinin nümayəndələrinin ümumi sayı 3.000 nəfərdən çoxdur. İlk turda kişilərdən ibarən hər 3 komandamız qalib gəlib.

Azərbaycan-1 – Zimbabve (4:0)

Şəhriyar Məmmədyarov – Roduell Makoto 1:0
Teymur Rəcəbov – Farai Mandija 1:0
Arkadi Naydiç – Gödəkcə Masanqo 1:0
Eltac Səfərli – Takudzva Muşore 1:0

Azərbaycan-2 – Mozambik (3,5:0,5)

Vasif Durarbəyli – Mateus Elis 0,5:0,5
Nicat Abbasov – Uilton Kalikoa 1:0
Qədir Hüseynov – İlidio Çunquane 1:0
Namiq Quliyev – Donaldo Paiva 1:0

Papua-Yeni Qvineya – Azərbaycan-3 (0:4)

Stüart Fensi – Vüqar Əsədli 0:1
Helmut Marko – Nail Bəşirli 0:1
Helmut Marko Cunior – Məhəmməd Muradlı 0:1
Kreyq Şexan – Pərviz Qasımov 0:1

Həmin kateqoriyadan