“Klassik partiyalarda hər 2 tərəfdə müəyyən fürsətlər vardı”

Bakıda şahmatçıların dünya kubokunda 1\8 finalçıların adları məlum olub. Allsport.az saytı xəbər verir ki, 
FİDE təmsilçisi Pyotr Svidler üzərində qələbə qazanan Nicat Abbasov karyerasında ilk dəfə adını 1\8 finala yazdırıb. O, matçdan sonra təəssüratlarını bölüşüb:

“Klassik partiyalarda hər 2 tərəfdə müəyyən fürsətlər vardı. Birinci partiyada məğlub ola bilərdim. Rəqib lazımi gedişləri edə bilmədi. İmkanlardan istifadə edərək vəziyyəti düzəltdim və oyun heç-heçə yekunlaşdı. İkinci klassik partiya da bərabərliklə başa çatdığından tay-brekdə oynamalı olduq.

Tay-brekdə Aniş Giri üzərində qələbədən sonra qazandığım ruh yüksəkliyi mənə kömək oldu. Öz oyunumu oynadım. İlk rapid görüşü heç-heçə sona çatdı. İkinci oyunda qara fiqurlarla oynamağıma baxmayaraq düzgün gedişlərlə qələbə qazanmağı bacardım”.

Dünya kubokunun 1\8 finalında Nicat Abasovun rəqibi Saleh Salem (BƏƏ) olacaq.

Həmin kateqoriyadan