- Baxış sayı: 13
- 09 İyul 2026 21:34
- Baxış sayı: 343
- İyul 08, 2026
- 0

Meksika prezidenti Klaudiya Şeynbaum hökumətin 2029-cu il klublararası dünya çempionatına ev sahibliyi ilə bağlı qərarı 2026-cı il dünya çempionatının ölkəyə iqtisadi və turizm baxımından təsirini qiymətləndirdikdən sonra verəcəyini açıqlayıb.
Allsport.az xəbər verir ki, turnirin keçirilməsi təşəbbüsü Meksika Futbol Federasiyası tərəfindən rəsmi şəkildə irəli sürülüb.
“Biz həmişə Meksika üçün ən sərfəli variantları axtarmalıyıq. Bu, ümumilikdə ölkə üçün faydalı ola bilər. Ancaq konkret şərtləri qiymətləndirmək lazımdır”, – deyə Şeynbaum bildirib.
Yaxın vaxtlarda ölkənin Turizm Nazirliyi 2026-cı il dünya çempionatının turizm axınına və iqtisadiyyata təsiri ilə bağlı hesabat təqdim edəcək. Hökumət həmin sənəd əsasında 2029-cu il klublararası dünya çempionatına ev sahibliyi üçün namizədliyin dəstəklənib-dəstəklənməyəcəyinə qərar verəcək.
Qeyd edək ki, daha əvvəl Braziliya, Qətər və ABŞ da 2029-cu il klublararası dünya çempionatını keçirməyə maraq göstərib. Bundan başqa, İspaniya və Mərakeşin birgə namizədlik ərizəsi üzərində də iş aparılır.