“Tam məşqdəki peformansımın eynisini göstərməyə müvəffəq olsaydım, hər şey yaxşı olacaqdı”

Polina Knaroz, bu yaxınlarda Soçidə keçirilən atletika üzrə Rusiya komanda çempionatında 4,35 m nəticə ilə 3-cü yeri tutub. Gözəlçənin şəxsi rekordu 4,81 m olub.

“Əslində, heç də məyus deyildim, çünki belə olacağını əvvəldən bilirdim. Mövsümün lap başlanğıcında texniki məşqlərim az idi, tam qaçışdan tullanmamışdım. Adətən, komanda çempionatı üçün tamamilə darıxırdım. Amma bu il məşqçimlə ciddi məşqlər etdik və prinsip etibarilə, məni qane etdi. Bəzi texniki anlar oldu. Tam məşqdəki peformansımın eynisini göstərməyə müvəffəq olsaydım, hər şey yaxşı olacaqdı”- gənc idmancı deyib.

Həmin kateqoriyadan