- Baxış sayı: 35
- 02 Noyabr 2026 17:56
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası millətlər liqası çərçivəsində bu gün növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, millimiz V tur çərçivəsində Limassolda Kiprin qonağı olub.
Komandamız rəqibini 1:0 hesabı ilə məğlub edərək, qrupda 1-ci yeri təmin edib. Millinin heyətində qələbə topunu Diana Məmmədova 8-ci dəqiqədə vurub. Bu uğur nəticəsində yığma B divizionuna yüksəlmək vəzifəsinin öhdəsindən gəlib.