Könüllülər arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirilib

Bakı Şahmat Olimpiadasının təşkilində iştirak edəcək könüllülər arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, 100-dən artıq gəncin biliyini sınadığı sual-cavab müsabiqəsində “İndispensable” komandası ən çox xal toplamaqla qalib adını qazanıb.

Yarışın təşkilində əsas məqsəd olimpiada ərəfəsində könüllüləri motivasiya etmək, komanda quruculuğunu yüksəltmək, şahmatla bağlı yeni biliklərin interaktiv şəkildə öyrətməkdən ibarət olub. Qeyd edək ki, yarışda şahmatla bağlı suallar çoxluq təşkil edib.

Həmin kateqoriyadan