- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etmək üçün “Real Madrid”in qapıçısı Tibo Kurtuanı milli komandaya çağırmamaq qərarını şərh edib.
Allsport.az xəbər verir ki, bu barədə o, RTBF-yə açıqlama verib:
“O, ünsiyyətində dürüst idi. Əldə etdiyimiz son məlumata görə, Kurtua Avropa çempionatına hazır deyil. Öz bədənini hamıdan yaxşı tanıyır.
Kurtua yenicə oynamağa başlayıb, lakin hər 3-4 gündən bir böyük turnirdə oynamaq tamam fərqlidir.
Görək əsas qapıçı kim olacaq. Üç fantastik qapıçımız var, görək kim birinci olacaq”.