Ləman ölkə çempionu oldu

Bakı şahmat klubunda rapid və blits üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 2 yarışın yekununa əsasən, 14 xal toplayan Ləman Hacıyeva qalib olub.

Ayan Allahverdiyeva 13,5 xalla 2-ci, hərəyə 13 xal toplayan Türkan Məmmədyarova ilə Xəyalə Abdulla müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilərdə adı ilk çəkilən idmançı üstün olub.

Mükafat fondu 3000 manat təşkil edib. Azərbaycan çempionatı Özbəkistanın Səmərqənd şəhərində dünya çempionatlarına seçmə xarakter daşıyıb.

Həmin kateqoriyadan