- Baxış sayı: 37
- 24 Sentyabr 2026 22:29
- Baxış sayı: 70
- Sentyabr 24, 2026
- 0

İlk dəfə finala çıxaraq Azərbaycan boks tarixinə yeni sətir yazan Lorenso Sotomayor (64 kq), ermənistanlı rəqibi Artyom Harutyunyan üzərində parlaq qələbədən sonra sevincini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, əvvəlki döyüşlərdən daha yaxşı və hazırlıqlı idi:
“Düşünürəm ki, yaxşı mübarizə apardım. Bu gün uğurlu çıxış etdimsə, demək, gələn dəfə daha artığına imkanım və gücüm var. Bundan da yaxşı olacağına əminəm və Azərbaycana medalla qayıdacağım üçün sevinirəm”.