Lük Holtz: Azərbaycan millisi möhkəm komandadır

Sabah DÇ-2022-nin ələməsində Lüksemburq evdə Azərbaycan millisini qonaq edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Lük Holtz fikrini açıqlayıb:

“Azərbaycan millisi möhkəm komandadır. Hər 2 yığma qalib gəlmək imkanı 50-nin 50-dir. Təbii ki, 3 xal qazanmaq üçün meydana çıxacağıq. Rəqibin gücünü nəzərə almaqla bunu etmək asan olmayacaq.

Yeni stadionda ilk oyunumuzu keçirəcəyik. Çalışacağıq ki, ilk oyundan qalib ayrılaraq azarkeşlərimizi sevindirək. Rəqib seçmə mərhələdə Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə məğlub olub. Bu da onların mübariz komanda olmasından xəbər verir”.

Həmin kateqoriyadan