Lüksemburqu yığmamızdan güclü hesab edir

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa qarşı oyundan öncə mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, Azərbaycan və Lüksemburq yığmalarını müqayisə edib:

“Lüksemburqun Azərbaycanla oxşarlığı yoxdur. Lüksemburq bizimlə qarşılıqlı mübarizə aparacaq. Yaxşı müdafiə olunmağa çalışacaq və keyfiyyətli hücumlar quracaqlar. Lüksemburq böyük potensiala malik yaxşı təşkilatlanmış komandadır.

Müdafiə oyunu nümayiş etdirən komanda deyillər. Son illər ən dinamik inkişaf edən yığmalardan olduqlarını İrlandiyanı 1:0 hesabı ilə məğlub etdikləri görüşdə göstərdilər. Bu oyunun çətinliklərini bilirik, ancaq qələbə qazanmağa hazırıq”.

Həmin kateqoriyadan