- Baxış sayı: 44
- 16 İyul 2026 23:58
- Baxış sayı: 431
- İyul 15, 2026
- 0

Bu gün Premyer liqada 13-cü tur başa çatıb. Allsport.az saytı xəbər verir ki, son oyun günündə eyni xalla zirvəni bölüşən “Qarabağ” və “Qəbələ” klubları qarşılaşıblar. Gərgin keçən mübarizədə, hesabda geri olan meydan sahibləri son dəqiqələrdə 2 top vuraraq qalib gəliblər.
Məğlubiyyətlə barışmayan qonaqlar, ölkə çempionunun penaltidən vurduğu bərabərlik qolunun düzgün saymayıblar. 90+7-ci dəqiqədə Dino Ndlovunun fərqlənməsi isə aranı qarışdırıb.
Yenilgini tək «Qəbələ» futbolçuları deyil, baş məşqçi Roman Qriqorçuk da həzm etməyib. Ukraynalı mütəxəssis o qədər əsəbi olub ki, matçdan sonra «CBC-Sport»un canlı yayımına gəlməkdən imtina edib.