- Baxış sayı: 66
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Buxarestdə davam edən “Superbet Chess Classic” turnirində Azərbaycan şahmatçıları növbəti oyunlarına çıxıblar. Allsport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ-ı təmsil edən erməni Levon Aronyanla qarşılaşıb və qalib gəlib.
Teymur Rəcəbov qara fiqurlarla Boqdan Daniel Dyakla (Rumıniya) heç-heçə edib.
Bu nəticələrdən sonra Məmmədyarov xalını 4-ə çatdıraraq, Aleksandr Qrişukla (Rusiya) birgə liderliyini davam etdirir. Rəcəbov isə 3 xalla 4-cü yerdə gedir.