Məmmədyarov Karlsenlə heç-heçə edib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə Şimali Makedoniyanın Struqa şəhərində keçirilən klublararası Avropa kubokunda üz-üzə gəlib.

Allsport.az xəbər verir ki, Məmmədyarov yerli “Alkaloid”, Karlsen “Offerspill” komandasının heyətində yer alıb. 1-cilövhədə oturan rəqiblər 69-cu dəqiqədə heç-heçəyə razılaşıblar. Azərbaycanlı qrossmeyster ağ fiqurlarla çıxış edib.

Bununla belə, “Alkaloid” 5,5:0,5 hesabı ilə qalib gəlib.

Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası da Fransa “Asnieres”ini eyni hesabla yenib.

Həmin kateqoriyadan