Məmmədyarov rəsmi qurumlardan şikayətləndi

“Bu mənim qazandığım ən güclü turnir idi. Yarışda “Top-10”luqdan 7 şahmatçı iştirak edirdi”. Allsport.az-ın məlumatına görə, bu sözü Şəhriyar Məmmədyarov “2021 Superbet Chess Classic” yarışının qalibi olması ilə bağlı Feysbuk səhifəsində yazıb.

Azərbaycanlı qrossmeyster bildirib ki, indiyədək heç bir həmyerlimiz belə yarışı qazanmayıb: “Bu zamana qədər Azərbaycan şahmat tarixində bu kimi dairəvi turnirin qalibi olmayıb. Məni turnir ərəfəsində və sonra dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm”.

O, rəsmi qurumlardan təbrik almadığını da qeyd edib: “Ümid edirəm ki, təbrik almamağıma baxmayaraq, mənim bu qələbəmə bizim (şahmat, idman) aidiyyatı qurumlar da sevinir”.

Həmin kateqoriyadan