Məmmədyarov və Rəcəbovdan növbəti məğlubiyyət

Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun final mərhələsində 3-cü tura yekun vurulub.

Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçiləri ötən gün keçirilən turu da məğlubiyyətlə başa vurublar. Şəhriyar Məmmədyarov polşalı Yan-Kşiştof Dudaya, Teymur Rəcəbov isə niderlandlı Aniş Giriyə eyni hesabla uduzub – 2,5:3,5. Şahmatçılarımız qarşılaşmaları tay-breykədək uzada bilib.

Bu gün keçiriləcək 4-cü turda Rəcəbov Duda ilə, Məmmədyarov isə Vaşye-Laqravla qarşılaşacaq.

Xal durumu: Maqnus Karlsen – 23,5 xal, Uesli So – 18,5 xal, Levon Aronyan – 12 xal, Hikaru Nakamura – 10 xal, Aniş Giri – 9,5 xal, Teymur Rəcəbov – 9 xal, Maksim Vaşye-Laqrav – 7,5 xal, Vladislav Artemyev – 5,5 xal, Yan-Kşiştof Duda – 5 xal, Şəhriyar Məmmədyarov – 2,5 xal.

Həmin kateqoriyadan