- Baxış sayı: 127
- 19 İyun 2026 18:40
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun “New In Chess” adlı V mərhələsində bu gün 1/4 final mərhələsinə start veriləcək. Allsport.az xəbər verir ki, Teymur Rəcəbov bu raundda Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə Alireza Firuzca (FIDE) ilə üz-üzə gələcək.
Məmmədyarov 1/4 final mərhələsindəki ilk görüşünü ağ, Rəcəbov isə qara fiqurlarla oynayacaq. Bu raund iki gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.