- Baxış sayı: 66
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində şahmatçımız Şəhriyar Məmmədyarov yarımfinala adlayıb. Allsport.az xəbər verir ki, o, bu 1/4 finalda Əlirza Firuzcaya (FIDE) qalib gəlib.
Digər şahmatçımız Teymur Rəcəbov isə norveçli dünya çempionu Maqnus Karlsenə ikinci matçda 1,5:2,5 hesabla məğlub olub və yarışı tərk edib.
Yarımfinalda təmsilçimiz amerikalı Hikaru Nakamura ilə üz-üzə gələcək.