Məmmədyarovla Rəcəbov mövqeyini qorudu

Beynəlxalq şahmat federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov (2770 xal) 8-ci pillədəki mövqeyini qoruyub.

2765 xalı olan dünya kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.

Nicat Abbasov (2665) və Qədir Hüseynovun (2665) da mövqeyi dəyişməyib. Onlar müvafiq olaraq 72 və 73-cü sıralarda yer alıb. Rauf Məmmədov isə bir pillə irəliləyərək 2689 xalla 89-cu olub.

Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 28-cudur. 2 pillə geriləyən Gülnar Məmmədova 2382 xalla 80-ci sıradadır. 2376 xalı olan Xanım Balacayeva da 1 pillə geriləyib və 90-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan