“Məmmədyarovlar” şahmat məktəbində Bədən tərbiyəsi və idman gününə beynəlxalq reytinqli yarış

“Məmmədyarovlar” şahmat məktəbində Bədən tərbiyəsi və idman gününə beynəlxalq reytinqli yarış

Bakı şəhər gənclər və idman baş idarəsi və “Məmmədyarovlar” şahmat məktəbinin birgə təşkilatçılığı, Azərbaycan şahmat federasiyasının dəstəyi ilə 5 mart – Bədən tərbiyəsi və idman gününə beynəlxalq reytinqli rapid üzrə turnir keçirildi.

Allsport.az saytı xəbər verir ki, 7 turdan ibarət yarışda 40-a yaxın yeniyetmə şahmatçı mübarizə aparıdı. Elmir Abbaszadə bütün partiyaları qələbə ilə başa vurdu. 2-ci yeri Atilla Cabbarlı, 3-cü sıranı Attila Orman tutdu.

Yarışın nəticələrinə görə, qızlar arasında ən yaxşı nəticəni Mədinə İmranlı göstərdi. Ayan Xəlilzadə 2-ci və Banu Ağazadə 3-cü oldu. Yekunda bütün iştirakçılara sertifikat, qaliblərə isə diplom və kubok təqdim edildi.

Yarışın bağlanış mərasimində baş idarənin rəisi Raqif Abbasov və Azərbaycan şahmat federasiyasının vitse-prezidenti Faiq Həsənov iştirak edərək, şahmarçılara uğurlar arzuladılar.

Həmin kateqoriyadan