“Şah”ın rəqibləri bilindi

Niderlandın Veyk-An-Zee şəhərində keçiriləcək “Tata steel chess” turnirinin iştirakçılarının tam siyahısı müəyyənləşib.

Allsport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə aparacağı turnirin sonuncu – 14-cü iştirakçısı hindistanlı Vidit Santoş Qudjarati olub.

36 yaşlı qrossmeysterimizin yarışdakı digər rəqibləri Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Samuel Şenklend (hər ikisi ABŞ), Rixard Rapport (Macarıstan), Yan-Kşiştof Duda (Polşa), Sergey Karyakin, Andrey Yesipenko, Daniil Dubov (hamısı Rusiya), Rameşbabu Praqnanandxa (Hindistan), Aniş Giri, Yorden Van Forest (hər ikisi Niderland) və Nils Qrandelius (İsveç) olacaq.

Turnir növbəti il yanvarın 14-dən 30-dək keçiriləcək.

Həmin kateqoriyadan