“Mənim üçün qürurvericidir ki, növbəti dəfə Həşimovun adını daşıyan turnirin qalibi oldum”

Şəmkirdə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirinin qalibi norveçli Maqnus Karlsen olub. Allsport.az xəbər verir ki, dünya çempionu Maqnus Karlsen mətbuat konfransında turnirin təşkilatçılığı barədə öz təəsuratlarını bölüşüb:

“Turniri udmaq mənim üçün o qədər də asan olmadı. Son tura qədər qalibin kim olacağı tam bilinmirdi. Güclü rəqiblərlə rəqabət son tura qədər davam edirdi. Mən daim öz üzərimdə işləyirəm. Yeni gedişləri öyrənməyə çalışıram. Öyrənmədiyim, bilmədiyim çox şeylər var hələ. Mənim üçün çox qürurvericidir ki, növbəti dəfə də Vüqar Həşimovun adını daşıyan turnirin qalibi oldum.

“Shamkir Chess 2015” turnirinin təşkilatçılığına gəldikdə isə, çox möhtəşəm keçdi. Şəmkirdə bizim üçün yardılan şərait, şahmatçılara göstərilən diqqət, oteldəki rahat ortam çox yüksək səviyyədə idi. Bu turnir keçən il də mənə xoş təəsuratlar yaratmışdı. İnanıram ki, gələn il də Vüqar Həşimovun adını daşıyan bu turnir keçiriləcək və söz verirəm ki əgər dəvət etsələr, məmnuniyyətlə iştirak edəcəyəm. Burada olduğum müddət darıxmağa imkan olmadı. Bizim üçün istirahət günündə hazırlanan proqramlar və futbol çox yaddaqalan oldu.

Şəmkir şahmat turnirinin təşkilatçılarına – xüsusilə “Synergy Group”a təşəkkür etmək istəyirəm”.

Həmin kateqoriyadan