- Baxış sayı: 104
- 25 İyun 2026 00:34
- Baxış sayı: 90
- İyun 25, 2026
- 0

Azərbaycan gimnastika federasiyasının təşkilatçılığı ilə bu gün Beynəlxalq gimnastika federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Noha Abu Şabananın rəhbərliyi altında məşqçilər və hakimlər üçün seminar start götürüb.
Allsport.az saytı xəbər verir ki, məşğələdə 60-dan çox iştirakçı yer alıb. İki gün davam edəcək seminar yerli mütəxəssislərin növbəti olimpiya dövründə yeni qaydalara yiyələnməsi məqsədini daşıyır.